Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən Motodrom yaşayış massivində qaz borusundan asılan bayraq aylardır götürülmür.
Bu barədə ərazidə yaşayan sakinlər Axar.az-a aprel ayının əvvəlində məlumat vermişdilər.
Məlumatda bildirilmişdi ki, bayrağın asıldığı küçədə Vətən Müharibəsi şəhidi Arəstə Baxışova yaşayıb. Sakinlər Binəqədi Rayon İcra Hakimiyyətinə bayrağın yerindən çıxarılıb dirəkdən asılması ilə bağlı müraciət etsələr də, heç bir nəticəsi olmamışdı.
Elə həmin vaxt Binəqədi İH-dən saytımıza bildirilmişdi ki, sözügedən bayraq tədbirlə əlaqədar “qaz borusundan” asılıb və sonradan çıxarılmayıb:
“Qısa vaxt ərzində bayrağın asılması üçün sözgedən küçəyə dirək qoyulacaq”.
Bizə verilən vəddən 23 gün keçməsinə baxmayaraq, İH məsələ ilə bağlı heç bir addım atmayıb.