“Mançester Siti”nin futbolçusu Kevin de Brüynenin klubdakı gələcəyinə müəyyənləşib.
Zafer Tv qol.az-a istinadən xəbər verir ki, “şəhərlilər” 29 yaşlı yarımmüdafiəçini komandanın heyətində saxlamağa qərar verib. Premyer Liqa klubu Kevini yay transfer pəncərəsində satmayacaq.
Belçikalı futbolçunun “Mançester Siti” ilə müqaviləsi 2023-cü ildə başa çatacaq. Lakin klub ona yeni anlaşma təklif etməyi planlaşdırır.
Qeyd edək ki, De Brüyne bu mövsüm 24 oyunda 3 qol vurub və 15 qolun ötürməsini verib.