ABŞ-ın İrana yeni hücum dalğasının başlamasından sonra ABŞ müdafiə naziri Pit Heqset Tehranın səhv seçiminin bədəlini ödədiyini bildirib.
Musavat.com xəbər verir ki, Pentaqon rəhbəri X hesabında yazıb: “İran səhv seçim edib. İndi onlar bunun bədəlini ödəyirlər”.
Xatırladaq ki, ABŞ Mərkəzi Komandanlığı İrana qarşı daha bir hücum dalğasının başladığını elan edib. Axios jurnalisti Barak Ravid ABŞ administrasiyasındakı mənbələrə istinadən radar stansiyalarının, raket və pilotsuz təyyarələrin saxlanması və buraxılış məntəqələrinin, eləcə də hava hücumundan müdafiə sistemlərinin hədəfə alındığını bildirib.
Buna səbəb İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hörmüz boğazından Omana məxsus ərazidə keçməyə çalışan bir gəmiyə hücum etməsi olub.
Qeyd edək ki, ABŞ İrana Hörmüz boğazının açılması və bunun Tehran tərəfindən rəsmən elan olunması üçün dünən axşama qədər vaxt qoymuşdu. SEPAH bu tələbə Kiprə məxsus yük gəmisinə atəş açmaqla cavab verib.