İranla danışıqları bu cütlük aparacaq

ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkoff İran nümayəndə heyəti ilə danışıqlarda iştirak etmək üçün İsveçrəyə gedir.

Musavat.com xəbər verir ki, məlumatı “Axios” jurnalisti Barak Ravid X hesabında paylaşıb.

Onun yazdığına görə, Donald Trampın kürəkəni, sahibkar Cared Kuşner artıq oradadır: “ABŞ rəsmisi mənə dedi ki, Ağ Evin xüsusi elçisi Stiv Vitkoff İsveçrəyə gedir və orada potensial nüvə sazişi üzrə İranla danışıqların ilk mərhələsinin keçirilməsi gözlənilir”.

“ABŞ rəsmisi bildirib ki, Trampın elçisi Cared Kuşnerin artıq İsveçrədədir”, – deyə Ravid əlavə edib.