“Memorandum İranın kapitulyasiyasıdır” – Tramp

İran üçün ABŞ ilə anlaşma memorandumunun imzalanması təslim olmağa bərabərdir.

Musavat.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp “Axios”a verdiyi müsahibədə açıqlayıb.

“Bu, həqiqətən də, ehtimal ki, qeyd-şərtsiz təslim olmaqdır. Mən belə düşünürəm”, – Tramp bildirib.

O, özünün əvvəllər Tehrandan “qeyd-şərtsiz təslim olmaq” niyyətini bildirdiyini və hər iki tərəfin anlaşma memorandumunun imzalanmasının belə bir nəticəni göstərmədiyini qeyd edən jurnalistə belə cavab verib:

“Biz onları hərbi cəhətdən tamamilə məğlub etdik. Dünyanın ən güclü ordusu bizdədir. Başqa kim belə bir blokada tətbiq edə bilərdi? Mən İrana qarşı dəniz blokadası tətbiq etdim. Və heç bir gəmi keçə bilmədi”.

Münaqişənin ona güc tətbiq etmək qabiliyyətinin məhdud olduğunu anladıb-anlamadığı soruşulduqda, Ağ Ev rəhbəri “Heç bir məhdudiyyət yoxdur” cavabını verib.