Ərdoğan Paşinyanı TƏBRİK ETDİ

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanı onun rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” Partiyasının iyunun 7-də parlament seçkilərindəki qələbəsi münasibətilə təbrik edib.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

“Üçüncü dəfə hökumətin qurulmasında sizə uğurlar arzulayıram”, – Ərdoğanın təbrikində qeyd olunub.

Türkiyə prezidenti əmindir ki, Paşinyanın regionda davamlı sülh və sabitliyin bərqərar edilməsi, eləcə də bu istiqamətdə zəruri əməkdaşlığın inkişafı ilə bağlı baxışı “uğurla həyata keçiriləcək”.