ABŞ prezidenti Donald Tramp 8 iyulda Ankarada keçiriləcək NATO sammiti çərçivəsində Ukrayna prezidenti Vladimir Zelenski və Suriya prezidenti Əhməd əş-Şaraa ilə görüşəcək.
Musavat.com Reuters-ə istinadən xəbər verir ki, Tramp Zelenski ilə mühraibənin başa çatdırılması yollarını müzakirə edəcək. Daha sonra onun Rusiya prezidenti Vladimir Putinlə danışması nəzərdə tutulur.
ABŞ-ın yüksək vəzifəli rəsmisi bildirib ki, Tramp “Zelenski ilə söhbətindən sonra Putinlə müzakirələri davam etdirəcək”
Agentliyə danışan ABŞ rəsmisinə görə, Tramp Zelenski ilə “müharibəyə son qoymaq” barədə danışmağı planlaşdırır: “Prezident buna son qoymağa çalışmağı çox təcili hesab edir”.