NATO-nun Cənubi Qafqaz üzrə Ofisinin rəhbəri Aleksandr Vinnikov Azərbaycanın Alyansla əməkdaşlıqda ən fəal tərəfdaş ölkələr sırasında yer aldığını bildirib.
Musavat.com xəbər verir ki, onun sözlərinə görə, Azərbaycan NATO ilə münasibətlərin inkişafına ardıcıl maraq göstərir və əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində konkret addımlar atır. Vinnikov vurğulayıb ki, Bakı təhlükəsizlik, müdafiə planlaşdırılması, hərbi təlimlər və tərəfdaşlıq mexanizmləri çərçivəsində Alyansla konstruktiv dialoqu davam etdirir.
Qeyd edək ki, Azərbaycan NATO ilə əməkdaşlığı uzun illərdir müxtəlif proqramlar və təşəbbüslər vasitəsilə həyata keçirir və Cənubi Qafqaz regionunda Alyansın əsas tərəfdaşlarından biri kimi qiymətləndirilir.