Paşinyandan Azərbaycanla bağlı SENSASİON ETİRAF

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan və Azərbaycan potensial ticarət imkanları çərçivəsində qarşılıqlı olaraq mal siyahıları mübadiləsi edirlər.

Musavat.com xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Brifinqdə jurnalistlərin Azərbaycan benzinini kimlərin alacağını necə müəyyən etməsi ilə bağlı sualı şərh edən Paşinyan qeyd edib ki, bazar əvvəlcədən araşdırılıb və bu imkanı siyasi aksiyaya çevirməyəcək şirkətlərə təklif edilib. Nəticədə iki Ermənistan şirkəti (Ran Oil və Titan) Azərbaycan tərəfi ilə əlaqə saxlayıb.

Paşinyan həmçinin vurğulayıb ki, neft məhsullarının Ermənistana ilk tədarükü zamanı bəzi yanacaqdoldurma şəbəkələri Azərbaycan benzininin satışından imtina ediblər.