Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Ermənistanın sülh müqaviləsi imzalamağa yaxın olduqlarını bildirib.
Musavat.com xəbər verir ki, bu barədə o, 16-cı Səfirlər Konfransında deyib.
Türkiyə prezidenti qeyd edib ki, “Biz Azərbaycanla dialoq aparırıq və eyni zamanda Ermənistanla münasibətlərin normallaşdırılması prosesini irəlilədirik”.
O həmçinin əlavə edib ki, gələn ilin əvvəlindən bu istiqamətdə bir neçə simvolik addımın atılması planlaşdırılır.