Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 18-də Beynəlxalq Su İdman Növləri Federasiyasının prezidenti Hüseyn Əl-Müsəlləmlə görüşüb.
Bu barədə Nazirlər Kabinetinin Mətbuat xidmətindən məlumat verilib.
Görüşdə Azərbaycanda bədən tərbiyəsinin və idmanın inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğu vurğulanıb, idmançıların dövlət tərəfindən yüksək diqqət və qayğı ilə əhatə olunduğu bildirilib.
Söhbət zamanı ölkəmizdə su idman növlərinin inkişafı və kütləviləşməsi məqsədilə həyata keçirilən tədbirlər barədə söhbət açılıb, Beynəlxalq Su İdman Növləri Federasiyası ilə əməkdaşlıq məsələləri müzakirə olunub.