“Türk Dövlətləri Təşkilatının mülki müdafiə mexanizminin təsis edilməsi haqqında Saziş” təsdiqlənib.
Zafer Tv xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.
Qeyd edək ki, “Türk Dövlətləri Təşkilatının mülki müdafiə mexanizminin təsis edilməsi haqqında Saziş” Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan Hökumətlərinin təmsilçiləri tərəfindən 6 noyabr 2024-cü il tarixində Bişkek şəhərində imzalanıb.