Ağcabədidə külək mağarı uçurdu, toy yarımçıq qaldı – VİDEO

Ağcabədidə əsən güclü külək toy mağarını uçurub.

Milli.Az-ın xəbərinə görə, hadisə rayonun Aran kəndində baş verib.

Kənd sakini Həsənov Qəhrəman oğlu üçün həyətdə qurduğu mağarı külək yararsız hala salıb. Hadisə vaxtı xəsarət alan olmasa da, məclis yarımçıq saxlanılıb.