“Qarabağ” yarım milyona aldığı yerlini satmaqdan İMTİNA ETDİ

“Qarabağ” rəhbərliyi “Sabah”ın təklifini geri çevirib.

Ağdam klubu Aleksey İsayevi geri qaytarmaq istəyən “bayquşlar”a mənfi cavab verib.

“Köhlən atlar” 2024-cü ilin yanvarında sıralarına qatdığı və 3 illik müqavilə imzaladığı 29 yaşlı yarımmüdafiəçi ilə vaxtından əvvəl vidalaşmaq niyyətində olmadığını qarşı tərəfə elan edib.

Halbuki Masazır təmsilçisi onun üçün təzminat ödəməyə hazır idi.

İsayev 2020–2023-cü illərdə “Sabah”ın formasını geyinib, 2024-cü ildə 500 min dollar qarşılığında “Qarabağ”a transfer olunub.

Di gəl, o, hələ də əsas heyət oyunçusu ola bilməyib. Qurban Qurbanov raqəbətə tab gətirməyən Alekseyə əsasən Premyer Liqada meydan verir.  (sportinfo.az)