“Real Madrid”in heyətində Arda Gülər karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.
Zafer Tv oxu.az-a xəbər verir ki, “Bavariya” türk oyunçunu heyətinə qatmağı planlaşdırır.
Münhen təmsilçisinin baş məşqçisi Vensan Kompani hücum üçün əsas prioritet kimi Arda Güleri düşünür. Belçikalı mütəxəssis 20 yaşlı hücumameyilli yarımmüdafiəçini 4-2-3-1 sxemində Harri Keynin arxasında Maykl Olise və Camal Musiala ilə birlikdə oynatmağın planını qurur.
“Bavariya” Türkiyə millisinin şirkəti üçün yayda “Real Madrid”ə 50 milyon avroluq təklif göndərəcək. “Kral klubu” böyüməsini bu qiymətə satmağa hazırdır.
Qeyd edək ki, “Real Madrid” Arda Güleri 2023-cü ilin yayında “Fənərbağça”dan transfer edib. Gənc istedad bu mövsüm Madrid təmsilçisinin heyətində çıxış etdiyi 27 rəsmi matçda 967 dəqiqə meydanda olub, 3 qol və 5 məhsuldar ötürmə ilə qalıb.