Hava Limanı-Mərdəkan-Zuğulba avtomobil yolunun 3-cü km-də yeni piyada keçidinin inşası yekunlaşıb.
Zafer Tv xəbər verir ki, bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, keçidin ümumi uzunluğu 51 metr, daxili eni 3.5 metr, pilləkənlərin eni 3 metrdir. Yol boyun hündürlüyü 5.8 metr olan keçid orta dayaqdan, metal konstruksiyalidir.
İki giriş-çıxışdan olan keçiddə lift sistemləri quraşdırılıb, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət qurulub, təhlükəsizlik kameraları quraşdırılıb, keçidin kənarında abadlaşdırılma işləri görülüb.
.jpg)
.jpg)
.jpg)
.jpg)