Bakıda 17 yaşlı qız qazdan boğulub öldü

Bakıda yeniyetmə qız qazdan zəhərlənib.

Zafer Tv Lent.az-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində baş verib.

17 yaşlı Aysel Əli qızı Məmmədova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.