Azərbaycanda yeniyetmə QIZDIRMADAN ÖLDÜ

Azərbaycanda yeniyetmə qızdırmadan ölüb. 

Hadisə Şirvan şəhərində qeydə alınb.

2007-ci il təvəllüdlü Mirramil Nəzərli Şirvan şəhər Mərkəzi Xəstəxanasına daxil olub və yüksək hərarətdən orada ölüb.

Yeniyetmənin ölüm səbəbini müəyyənləşdirməkdən ötrü müvafiq ekspertiza təyin edilib.

Faktla bağlı prokurorluq tərəfindən araşdırma aparılır. (lent.az)