Kamala Harris “Vahid Çin”dən DANIŞDI

ABŞ-ın vitse-prezidenti, Demokrat Partiyasından prezidentliyə namizəd Kamala Harris seçkidə qalib gəldiyi təqdirdə “Vahid Çin” siyasətinə sadiq qalacaqlarını, lakin eyni zamanda Tayvanın müdafiə potensialını dəstəkləyəcəklərini bildirib.

O, bu mövqeyini CBS telekanalına müsahibəsində açıqlayıb.

Materik Çinin Tayvana potensial hücumu halında Birləşmiş Ştatların hərbi güc tətbiq etməli olub-olmaması ilə bağlı suala Harris “Mən hipotetik sualları müzakirə etməyəcəyəm. Biz “Vahid Çin” siyasətinə əməl etməliyik. Lakin bura Tayvanın özünümüdafiə imkanlarının dəstəklənməsi, o cümlədən Tayvan boğazında azadlığı təmin etmək vəzifəsi də daxildir. Biz Çinlə xüsusən hərbi əlaqələri açıq saxlamalıyıq” cavabını verib.

Harrisin fikrincə, Birləşmiş Ştatlar 21-ci əsr üçün Çinlə rəqabətdə qalib gəlməlidir.

“Biz rəqabət aparmağı və qalib gəlməyi bacarmalıyıq. Biz münaqişə axtarmamalıyıq. Amma başa düşməliyik ki, bizim hərəkət etməli olduğumuz meyarlar var. Onların arasında ABŞ biznesinin maraqlarının qorunması daxildir,” – deyə demokrat namizəd bildirib.\\musavat\\