Ermənistan Koreyadan tank almağa hazırlaşır

Ermənistanın müdafiə naziri Suren Papikyan “Hyundai Rotem” şirkəti tərəfindən hazırlanmış K2 “Qara Pantera” döyüş tanklarının alınması imkanlarını öyrənmək üçün sentyabr ayında Cənubi Koreyaya səfər edib.

Bu barədə “Army Recognition” müdafiə xəbər platforması Cənubi Koreyanın “Çosun Biz” nəşrinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Ermənistanın müdafiə naziri sentyabrın 9-da və 10-da Cənubi Koreyanın Milli Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi tərəfindən təşkil edilmiş süni intellektlə bağlı yüksək səviyyəli görüşdə iştirak edib və K2 tankına xüsusi maraq göstərərək Cənubi Koreya silahlarının tədarükü ilə bağlı danışıqlara başlayıb.

Qeyd edək ki, Cənubi Koreya ordusunun istifadə etdiyi K2 döyüş tankı xüsusilə effektiv və dağ şəraiti üçün uyğun olan qabaqcıl texnologiya ilə təchiz edilib.\\musavat\\