Qəbələ sakini özünü güllələdi – QOLUNU KƏSDİLƏR

Qəbələ rayonunda 54 yaşlı Araz Allahverdiyev odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb.

Musavat.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Qeyd edilib ki, araşdırma zamanı həmin şəxsin ov tüfəngi ilə ehtiyatsız davranması zamanı xəsarət aldığı müəyyən edilib.

Xəstəxanaya yerləşdirilən A.Allahverdiyevin qolu amputasiya olunub.

Faktla bağlı araşdırma aparılır.