Aİ-dən ÇAĞIRIŞ: İranın İsrailə hücumu…

Avropa İttifaqı (Aİ) İranın İsrailə qarşı ballistik raket hücumunu “ən kəskin şəkildə” qınayıb və Yaxın Şərqdə dərhal atəşkəsə çağırıb.

Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Josep Borrell X sosial şəbəkəsində yazıb: “Təhlükəli hücum və qisas dövrü nəzarətdən çıxmaq riski daşıyır. Bütün regionda dərhal atəşkəsə ehtiyac var.”

Bu açıqlama, bölgədəki gərginliyin və qarşıdurmaların daha da artmaması üçün Avropa İttifaqının diplomatik səylərini göstərir.\\musavat\\