2024-cü ilin yekununda Polşanın ümumi müdafiə xərcləri ölkə ÜDM-nin 4,2 faizinə çatacaq.
Bu məlumatı Polşanın müdafiə naziri Vladislav Kosiniak-Kamış mətbuat xidməti vasitəsilə açıqlayıb.
Nazirin dediyinə görə, Polşanın ümumi müdafiə xərcləri bu il ÜDM-in 4,2 faizini, gələn il isə 4,7 faizini təşkil edəcək. O, müdafiə xərclərinin artırılmasını Polşanın “Moskva və Minskdəki düşmən rejimlərinə” yaxın olması ilə izah edib: “Bu da çox qısa müddətdə silahlı qüvvələrimizin əməliyyat imkanlarının sürətlə genişləndirilməsi zərurətini yaradır”.
Kosiniak-Kamysz vurğulayıb ki, Polşa ABŞ və digər müttəfiqləri ilə müdafiə sahəsində əməkdaşlığa sadiq qalaraq, NATO-nun öz ərazisində sabit və uzunmüddətli hərbi mövcudluğuna zəmanət verir. Polşanın 2024-cü il büdcəsində müdafiə xərcləri 118 milyard zloti (təxminən 29 milyard dollar) məbləğində nəzərdə tutulub ki, bu da ÜDM-in 3,1 faizini təşkil edir. Üstəlik, NATO-nun hesablamalarına görə, bu il ölkənin faktiki müdafiə xərcləri ümumi daxili məhsulun 4,12 faizini təşkil edir.\\musavat\\