Koronavirusun növbəti MUTASİYASI- Yeni ştamm gəlir

Koronavirus mutasiyaya davam edir. XES-in yeni ştammı yayılır.

Musavat.com xəbər verir ki, məlumatı Rusiya mətbuatı yayıb.

Bildirilir ki, Rusiyada iki yeni növ koronavirus aşkarlanıb – Rostov vilayətində və Ufada.

XES variantının sürətlə yayıldığı və onun simptomlarının Omicron subvariantlarına bənzədiyi deyilir: hərarət, boğaz ağrısı, öskürək, qoxu və iştahın itməsi, bədən ağrıları, yorğunluq, baş ağrısı və burun axması.