Azərbaycan və Özbəkistan ikitərəfli əməkdaşlığın genişləndirilməsini dəyərləndirib

Azərbaycan və Özbəkistan 2024-2025-ci illər üçün ticarət-iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsinə dair Yol Xəritəsi çərçivəsində sənaye, energetika, logistika, kənd təsərrüfatı və turizm sahələrində fəaliyyətin perspektivlərini dəyərləndirib.

Bunu Özbəkistanın Baş nazirinin müavini Cəmşid Xocayev ilə görüşən iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir bildirib ki, Özbəkistanın Baş nazirinin müavini Cəmşid Xocayevi ölkəmizdə yenidən görmək xoş olub: “Dost ölkə ilə 2024-2025-ci illər üçün ticarət-iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsinə dair Yol Xəritəsi çərçivəsində sənaye, energetika, logistika, kənd təsərrüfatı və turizm sahələrində fəaliyyətin perspektivlərini dəyərləndirdik. Birgə reallaşdırılan layihələr regionda iqtisadi sabitliyə, xalqlarımızın rifahına, ölkələrimizin biznes subyektlərinin perspektivli ticarət platformalarına çıxışına, yeni iş yerlərinin yaranmasına və yerli infrastrukturun təkmilləşməsinə təkan verəcək”.\\report\\