ABŞ Yəməndə husilərin raket sistemini sıradan çıxarıb

ABŞ hərbçiləri Yəmənə yeni hücum edib, hədəf üsyançı “Ansar Allah” hərəkatının husilərinin raket sistemi olub.

“Report”un məlumatına görə, bu barədə ABŞ-nin Mərkəzi Komandanlığı xəbər yayıb.

Məlumata görə, raket sistemi ABŞ-nin hərbi qüvvələri, koalisiya və regiondakı ticarət gəmiləri üçün birbaşa təhlükə yaradırmış.