Şimali Koreya lideri Şoyqu ilə beynəlxalq gündəlikdəki bir sıra məsələləri müzakirə edib

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Pxenyanda Şimali Koreya lideri Kim Çen In tərəfindən qəbul edilib.

“Report” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Təhlükəsizlik Şurası məlumat yayıb.

Bildirilib ki, onlar görüş zamanı ikitərəfli və beynəlxalq gündəlikdəki məsələlərin geniş spektrini müzakirə edib.