Şəhid ailəsinə qarşı DƏLƏDUZLUQ: Yüzminlərlə manat vergi borcu yaranıb – VİDEO

Paytaxtda şəhid ailəsinə qarşı dələduzluq edilib.

Şəhid Rüstəm Rüsəmovun anası Reyhan Rüstəmovanın sözlərinə görə, tək böyütdüyü iki oğlundan biri şəhid olduğundan, ailənin yükü digər oğlu Rüstəmin üzərinə düşüb. Bir neçə il əvvəl iş axtaran Rüstəmi aldadaraq onun adına bir neçə şirkət açıb.

Şəhid anası bildirib ki, problemlə əlaqədar aidiyyəti orqanlara müraciət edib. Lakin dələduzluq edən şəxsin axtarışları davam etdiyi müddətdə oğlunu məhkəməyə dəvət ediblər.

R.Rüstəmova problemin həlli üçün Baş Prokurorluğa müraciət edib.

Hazırda araşdırma aparılır.

Ətraflı “Xəzər Xəbər”in süjetində: