Britaniya Ukraynaya 650 raket verəcək

Böyük Britaniya Ukraynaya 162 milyon funt sterlinq (213 milyon dollardan çox) dəyərində yüngül çoxməqsədli raketlər dəsti (LMM) verəcək.

Bu məlumatı ölkənin Müdafiə Nazirliyi yayıb.

Məlumata görə, paketə 650 ədəd yüngül çoxməqsədli raketlər (LMM) daxildir. Raketlərin ilk partiyası bu ilin sonuna kimi gətiriləcək.

Qeyd olunur ki, yeni paketi ABŞ Hərbi Hava Qüvvələrinin Ramşteyn bazasında Ukrayna Müdafiə Təmas Qrupunun iclasında müdafiə naziri Con Healey elan edəcək.\\musavat\\