Maştağada market qarət olunduv

Bakının Maştağa qəsəbəsində yerləşən marketlərin birindən 700 manat dəyərində oğurluq edilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş V.Dadaşov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.