Ararat Mirzoyan Gürcüstanda rəsmi səfərdədir

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Gürcüstanda rəsmi səfərdədir.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.

Gürcüstan XİN-in binasında onu gürcü həmkarı İlya Darçiaşvili qarşılayıb.

Nazirlər arasında təkbətək formatda görüş keçirilib.