Xorvatiya – İtaliya matçına səkkiz dəqiqə əlavə edən hakimlə bağlı qərar verildi

41 yaşlı referi Denni Makkeli AVRO-2024-ün qrup mərhələsindən sonra bu turnirdəki matçlarda işləməyəcəyi barədə məlumat alıb.

O, 2024-cü il Avropa çempionatının qrup mərhələsinin iki oyununu idarə edib: Almaniya – Macarıstan (2:0) və İtaliya – Xorvatiya (1:1).

Sonuncu matçda Makkelinin oyunun əsas vaxtına səkkiz dəqiqə əlavə etməsi suallar doğurub.

UEFA niderlandlı referini turnirdən kənarlaşdırmaq qərarına gəlib.

Xatırladaq ki, turnirin qrup mərhələsinin yekunlarına əsasən, Xorvatiya yarışı tərk edib, İtaliya isə 1/8 finala yüksəlib.//Oxu.az