Kəlbəcərdə ağır qəza: ölənlər və xəsarət alanlar var

Kəlbəcər rayonunun İstibulaq kəndində yol-nəqliyyat hadisəsi olub.

“Report”un Qərb bürosunun məlumatına görə, “Mercedes” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 2 nəfər hadisə yerində ölüb, bir neçə nəfər isə xəsarət alıb.

Məlumata görə, ölən və xəsarət alanlar Kəlbəcər rayonunda kənd təsərrüfatınla məşğul olanlardır.

Faktla bağlı araşdırma aparılır.