İsveçrənin keçmiş prezidenti Avropa Şurasının yeni baş katibi oldu

İsveçrənin keçmiş prezidenti Alen Berse Avropa Şurasının yeni baş katibi seçilib.

Məlumata görə, 52 yaşlı Bersenin mandatı sentyabrın 18-də başlayacaq.

O, 2019-cu ildən bu postda olan Xorvatiya təmsilçisi Mariya Peyçinoviç-Buriçi əvəz edəcək.

Qeyd edək ki, Berse 2023-cü il yanvarın 1-dən dekabrın 31-dək İsveçrənin prezidenti olub.//Oxu.az