Azərbaycanda istirahət mərkəzində FACİƏ

Cəlilabadın Qarazəncir kənd sakini bədbəxt hadisə nəticəsində ölüb.

“Report”un məlumatına görə, hadisə Masallıda yerləşən istirahət mərkəzlərindən birində qeydə alınıb.

Belə ki, orada istirahət edən 2003-cü il təvəllüdlü Hasil Cəfər oğlu Cəfərov suya atılan zaman başı daşa dəyib. Ağır xəsarət onun ölümünə səbəb olub.

Faktla bağlı araşdırma aparılır.