Ayın görünməyən tərəfindən ilk dəfə Yerə torpaq çatdırılıb – VİDEO

Çinin “Çan’e-6” aparatı bəşəriyyət tarixində ilk dəfə olaraq Ayın arxa tərəfindən torpaq nümunələri Yerə çatdırıb.

O, Sitszivansi adlı yerə eniş meydançasına enə bilib.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Xatırladaq ki, bu il mayın 3-də “Çançjen-5 Y8” daşıyıcı raketinin köməyi ilə kosmik aparat buraxılıb. Uçuş Hainan adasındakı Wenchan kosmodromundan baş tutub. Kosmik gəmi iyunun 2-də Cənubi Qütb hövzəsinin planlaşdırılmış ərazisində yerə enib.
Sonra müxtəlif sahələrdə müxtəlif torpaq nümunələrinin toplanmasını həyata keçirilib./BAKU.WS