Mbappe Polşa ilə matçda iştirak edəcək?

Fransa millisinin hücumçusu Killian Mbappe Almaniyada keçirilən Avropa çempionatının 3-cü turunda Polşa ilə oyunda yalnız qara maska ilə iştirak edə biləcək.

Məlumata görə, futbolçunun Polşa ilə oyunda iştirakı üçün Fransa bayrağına uyğun olaraq üçrəngli xüsusi qoruyucu maska hazırlanıb. Lakin UEFA qaydalarına əsasən, futbolçular yalnız bir rəngli maskadan istifadə edə bilərlər, variasiyalara icazə verilmir.

Bu səbəbdən Mbappe turnir oyunlarında meydana adi qara maska ilə çıxa biləcək.

Xatırladaq ki, Killian qrup mərhələsinin 1-ci turunun Avstriya ilə görüşündə burnunu sındırıb. Niderlandla oyunda Mbappe ehtiyat oyunçular skamyasında qalıb.//Oxu.az