AVRO-2024: İtaliya 1/8 finala vəsiqə qazanıb

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Xorvatiya – İtaliya görüşü başa çatıb.

“Report” xəbər verir ki, B qrupunun oyunu 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Qarşılaşmada hesabı xorvatlardan 55-ci dəqiqədə Luka Modriç açıb. İtaliyanların bərabərlik qolu isə 90+ 8-ci dəqiqədə gəlib. Mattia Cakkani fərqlənib.

Son dəqiqədə vurulan qol sayəsində xallarının sayını 4-ə çatdıran İtaliya millisi qrupda ikinci yeri tutaraq 1/8 finala vəsiqə qazanıb.