Ağstafada toyda zəhərlənənlərin son durumu AÇIQLANDI

Ağstafada toy mərasimində zəhərlənənlər xəstəxanadan evə buraxılıblar.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, sözügedən hadisə ilə bağlı müalicəsini xəstəxanada davam etdirən şəxslərin hər biri evə buraxılıb.

Qeyd edək ki, Ağstafada şadlıq saraylarından birində keçirilən toy mərasimində 43 nəfər qidadan zəhərlənib. Zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edənlərdən 18 nəfəri hadisə günü evə buraxılıb, 28 nəfərin müalicəsi davam edirdi.