Türkiyə millisinə ŞAD XƏBƏR: AVRO-2024-də ən yaxşı 3-cü…

AVRO-2024-də ötən gecə Şotlandiya-Macarıstan, İsveçrə-Almaniya matçları keçirilib. Qrupun son oyununda Çexiya ilə qarşılaşacaq Türkiyə millisinə sevindirici yenilik olub. 90+10-cu dəqiqədə vurulan qol “Ay ulduzlular”ı növbəti mərhələyə bir addım da yaxınlaşdırıb. 

A qrupunda İsveçrə və Almaniya, Şotlandiya və Macarıstan komandaları üz-üzə gəlib.

Ev sahibi Almaniya İsveçrə ilə 1:1 bərabərə qalıb. İsveçrənin qolunu 18-ci dəqiqədə Ndoye, Almaniyanın qolunu isə 90+2-də Füllkrug vurub.

Qrup oyunlarını başa vuran Almaniya 7 xalla qrupu lider kimi başa vurub. 5 xalı olan İsveçrə qrupdan ikinci pillədə çıxıb.

Almaniyanın heyətində əsas turnirlərdə (Avropa Çempionatı və Dünya Kuboku) əvəzetmədən meydana daxil olan və dördüncü qolunu vuran Niklas Füllkrug ölkəsi üçün buna ən çox nail olan futbolçu olub.

Gecənin digər oyununda isə Macarıstan Şotlandiyanı son dəqiqə qolu ilə məğlub edərək qrupu 3-cü pillədə başa vurub.

Hər iki komandanın qalib gəlməkdən başqa çarəsi qalmadığı mübarizədə Şotlandiya son dəqiqələrdə təzyiqi artırıb. Macarıstan 90+10-cu dəqiqədə Csobothun vurduğu qolla meydanı 1:0 hesablı qələbə ilə meydanı tərk edib.

Millilər qələbə və ya heç-heçə ilə qrupu ikinci yerdə başa vuraraq 1/8 finala yüksələcək. Bununla belə, Çexiyaya məğlub olsa və Portuqaliya Gürcüstana uduzmasa, ən yaxşı üçüncülük hesablamaları başlayacaq.

İlk 4 üçüncü komanda arasında yer almaq üçün Türkiyə millisi orta hesabla ən azı 2 qrupda üçüncü komandalardan üstün olmalıdır. Son matçlar öncəsi 1 xalı olan Şotlandiya Macarıstana qalib gələ bilməyib və Türkiyəni keçə bilməyib.

Çexiyaya qarşı iki fərqli qələbədə Türkiyə və Macarıstanın orta göstəriciləri bərabər olsa da, Türkiyə indiyədək turnirdə 3 qol vurub, Macarıstan isə 2 qolla qalıb.

Bu gün B qrupunda oynanılacaq matçlarda Xorvatiya İtaliyanı, Albaniya isə İspaniyanı məğlub edə bilməsə, Çexiya oyununa iki gün qalmış Türkiyə ən yaxşı üçüncülük uğrunda mübarizədə iki rəqibini geridə qoymuş olacaq.

Türkiyənin AVRO-2024-də F qrupunda yer alması özü ilə maraqlı məqam da gətirib. Turnirin təyinat formatına əsasən, F qrupunda oyun günlərinin son matçı keçirilir. Yəni Türkiyə qrupda son oyununu keçirərkən, digər qruplarda sıralanmalar tamamlanacaq.

Qardaş ölkənin yığması öz qrupunda ikinci yeri tutsa, D qrupunun lideri ilə qarşılaşacaq. Ötən həftənin qarşılaşmalarına əsasən, rəqib Fransa, Hollandiya və Avstriya yığmalarından biri olacaq.

Qrupda üçüncü yeri tutub ən yaxşı üçüncülər arasında olsa, bu, İspaniya, İtaliya, İngiltərə, Avstriya, Sloveniya və ya Danimarka olacaq./BAKU.WS