Çinin xaricə investisiyaları kəskin artıb

Yanvar-may aylarında Çinin ölkə xaricinə yatırılan qeyri-maliyyə birbaşa investisiyalarının ümumi həcmi illik müqayisədə 16,3 faiz artıb.

Bu barədə məlumatı Çin Ticarət Nazirliyi açıqlayıb.

Sinxua agentliyinin yaydığı məlumata əsasən bu investisiyalar 60,2 milyard dollar təşkil edib. O cümlədən beş ayda Çin tərəfindən “Bir Kəmər Bir Yol” təşəbbüsünə qoşulan ölkələrə investisiyaların həcmi 12,7 faiz artaraq 12,81 dollara çatıb.\\musavat\\