Ukrayna NATO-ya üzv olmaq üçün… – Kirbi

“Ukrayna Şimali Atlantika Alyansına qoşulmaq üçün Rusiyanın ona qarşı apardığı müharibədə qalib gəlməlidir”.

Bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

O, ABŞ prezidenti Co Baydenin “NATO-nun Ukraynanın gələcəyi olduğu”, “Alyansa qoşulmaq üçün çox şey etməli olduğu” sözlərini xatırladıb.

“NATO və Birləşmiş Ştatlara görə, Ukrayna əvvəlcə bu müharibədə (NATO-ya üzv olmaq üçün) qalib gəlməlidir və biz Ukraynanın zəfər qazanması üçün əlimizdən gələni edirik”, – deyə Kirbi söyləyib.\\musavat\\