Mbappe seçiciləri Marin Le Penin Milli Cəbhəsinə qarşı çıxmağa çağırdı

Fransa millisinin hücumçusu Killian Mbappe seçiciləri Marin Le Penin Milli Cəbhəsinə qarşı çıxmağa çağırıb.

O, bunu Avro-2024-də Avstriya millisi ilə oyundan əvvəl mətbuat konfransında qeyd edib.

Mbappe deyib: “Bizim ölkənin gələcəyini seçmək imkanımız var və biz bu tapşırığın əhəmiyyətini vurğulamalıyıq”.

Xatırladaq ki, Emmanuel Makron bu ayın əvvəlində Marin Le Penin sağçı partiyasının Avropa seçkilərində qalib gəlməsindən sonra növbədənkənar seçkilər təyin etmişdi. \\musavat\\