Latviyalı nazir istefa verib

Latviyanın mədəniyyət naziri Aqnese Lojina istefa verib.

“Report” xəbər verir ki, bu barədə “ERR” dövlət teleradio portalı məlumat yayıb.

“Şəxsi səbəblərə görə mədəniyyət naziri vəzifəsini tərk etmək qərarına gəldim”, – o deyib.

Baş nazir Evika Silina onun istefasını qəbul edib.

Qeyd edək ki, yeni mədəniyyət naziri təsdiq olunana qədər onun vəzifələrini baş nazir, o olmadıqda isə ədliyyə naziri yerinə yetirəcək.