Bakıda hoteldən oğurluq edildi – 500 avro, dəyəri 280 manat olan qulaqlıq və 2 ədəd bank kartı…

Paytaxtın Səbail rayonu ərazisində yerləşən hotellərin birindən 500 avro, dəyəri 280 manat olan qulaqlıq və 2 ədəd bank kartının oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən verilən xəbərə görə, Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən Murad Bayramov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.