AYNA sürücülərə XƏBƏRDARLIQ etdi

Avtobusların hərəkəti üçün nəzərdə tutulan zolaqda digər nəqliyyat vasitələrinin hərəkət etməsi inzibati məsuliyyət yaradır.

Zafertv.az-ın Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbərinə görə, ictimai nəqliyyatın hərəkətinə maneə yaradan sürücülərə qarşı aidiyyəti qurum tərəfindən qanuna müvafiq tədbirlər həyata keçirilir.

AYNA sürücüləri avtobus zolaqlarının tələblərinə riayət etməyə çağırır.