Əməkdar jurnalist vəfat etdi – FOTO

BDU-nun jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri doktoru, professor, Əməkdar jurnalist Şamil Qiyas oğlu Vəliyev vəfat edib.

Zafer Tv report.az-a istinadən xəbər verir ki, bu barədə fakültənin müəllimi Əli Hacıyev bildirib.

“Mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, dərdlərinə şərik oluruq!

Allah rəhmət eləsin!”, – Ə.Hacıyev feysbuk hesabında yazıb.