Rusiya Ukrayna ərazisinə raket zərbələri endirib

Rusiyanın raket hücumu ilə əlaqədar bütün Ukrayna ərazisində hava həyəcanı elan olunub.

Zafer Tv “Report”-a istinadən xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.

Bildirilib ki, Rusiya hərbçilərinin atdığı raketin Zaporojyedə yaşayış ərazisinə düşməsi nəticəsində 2 nəfər yaralanıb, Krivoy Roqda isə raketin ticarət mərkəzlərindən birinə düşərək yanğın yaranıb, ciddi xəsarət baş verib.