Yaponiya Kiyevə 4,5 milyard dollar yardım edəcək

Yaponiya hökuməti birbaşa və Dünya Bankı vasitəsilə Ukraynaya 4,5 milyard dollar məbləğində yardım göstərəcək.

Zafer Tv xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Fumio Kişida G7 liderləri ilə onlayn danışıqlarda deyib.

Kişida Kiyevə yardımın davam etdirilməsinə və Moskvaya qarşı sanksiyaların saxlanmasına sadiq olduğunu bir daha bəyan edib.