Paşinyanın təqdim etdiyi yeni xəritə: diqqətçəkən detal – FOTO

Ermənistanın Baş naziri Nikol Paşinyan Tbilisi Beynəlxalq İpək Yolu Forumunun açılış mərasimində “Dünyanın kəsişməsi” layihəsi üçün hazırlanan regional nəqliyyat dəhlizləri ilə bağlı xəritə təqdim edib.

Zafer Tv Globalinfo.az-a istinadən xəbər verir ki, xəritədə Azərbaycanın ərazi bütövlüyünə tam riayət edilməsi xüsusi diqqət çəkib.

Xəritədə regionda kommunikasiya xətlərinin bərpası, Zəngəzur dəhlizi ilə hərəkətliliyin mümkünlüyü, Şimal-Cənub yolunun fəaliyyəti, ölkələrin nəzarət məntəqələrinin yeri və s. kimi amillər qeyd olunub.